Abid Tahirlinin yeni kitabı işıq üzü görüb

Abid Tahirlinin yeni kitabı işıq üzü görüb
17 avqust 2017
# 12:52

Filologiya elmləri doktoru, tanınmış tədqiqatçı, publisist Abid Tahirlinin “Mətbuat: millətin dili, gücü və güzgüsü” adlı yeni kitabı işıq üzü görüb. Kulis.azın verdiyi məlumata görə “Elm və Təhsil” nəşriyyatında nəşr olunan “Mətbuat: millətin dili, gücü və güzgüsü” müəllifin sayca 15-ci kitabıdır.

“Müqəddəs missiya- Vətəndə də, qürbətdə də millət davası”, “Mətbuat –nicat yolu”, “Sönməz məşəl, həmişəyaşar ideya”, “Qəlbin hökmü, qələmin gücü”, “Əsərlər, rəylər”, “Haşiyə” adlı 6 hissədən ibarət kitabda müəllifin son bir neçə ildə KİV-də dərc olunmuş elmi və publisistik məqalələri toplanılıb.

Azərbaycanın ədəbi-mədəni həyatında parlaq iz buraxmış Əhməd bəy Ağaoğlu, Əli bəy Hüseynzadə, İsmayıl Qaspiralı, Ceyhun Hacıbəyli, Əhməd Cəfəroğlu, Abay Daglı, Səlim Rəfiq, Əmin Abid, Əhməd Cavad, Nuru Paşa kimi tarixi simaların fəaliyyətinə, mətbuat tariximizdə mühüm, müstəsna rol oynamış dövrü nəşrlərə həsr olunub. Nadir tarixi sənədlərə, mötəbər mənbələrə istinadən qələmə alınmış məqalələrin həm elmi ictimaiyyətin, həm də geniş oxucu kütləsinin marağına səbəb olacağı şübhəsizdir.

Topluda müəllifin çağdaş ədəbiyyatımızın bir sira klassik və gənc nümayəndələrinə dair elmi- publisistik məqalələri, eləcə də dövrümüzün aktual problemlərinə həsr olunmuş yazıları yer alıb.

# 960 dəfə oxunub

Müəllifin son yazıları

# # #