Kamal Abdulla: “YUĞ”u qorumaq lazımdır

Kamal Abdulla: “YUĞ”u qorumaq lazımdır
19 yanvar 2016
# 12:44

"Yuğ" teatrını hökmən qorumaq lazımdır.” Dövlət müşaviri, yazıçı Kamal Abdulla Kulisə açıqlamasında belə deyib.

O, daha sonra bildirib: “Orda yığılan professional təcrübənin qədrini bilmək vacibdir. Amma ölkədəki mövcud vəziyyəti də obyektiv qiymətləndirmək labüddür.”

Kamal Abdulla maraqlı təkliflə çıxış edib: “"Yuğ" sənət dilinə və ənənələrinə bizdə uyğun gələn teatr "Pantomima" teatrıdır. Bu teatrların kollektivləri eyni bədii-estetik müstəvidə bir-birini tamamlayırlar.

Bu iki teatrın mənən (və əlbəttə ki, maddi baza baxımından) birləşməsi, elə bilirəm ki, bu gün söhbət mövzusu ola bilər. Bir teatr çərçivəsində iki truppa kimi.

Daha uyğun gələcəkdə şərait tələb edərsə, bu inteqrasiyanın yenidən diferensiasiyaya "uğraması" heç bir problem yaratmaz.”

# 1234 dəfə oxunub

Müəllifin son yazıları

# # #