“The Beatles”in son konsert verdiyi bina ziyarətçilərə açılır – Bir şərtlə

“The Beatles”in son konsert verdiyi bina ziyarətçilərə açılır – Bir şərtlə
26 noyabr 2026
# 11:04

“The Beatles” qrupunun 1969-cu ildə sonuncu dəfə canlı çıxış etdiyi London binası ictimaiyyət üçün açılacaq.

Kulis.az xəbər verir ki, söhbət qrupun 1968–1972-ci illərdə qərargahı olmuş, Sevil Rou küçəsindəki 3 nömrəli binadan gedir.

Londonun Vestminster Şəhər Şurası burada yeddi mərtəbəli mədəniyyət və sərgi məkanının yaradılması layihəsini təsdiqləyib. Ziyarətçilər qrupun məşhur damüstü çıxışının baş tutduğu yerə qalxa biləcəklər.

Lakin bu tarixi məkanda həmin konserti yenidən canlandırmaq mümkün olmayacaq: damda canlı musiqi ifaları qadağan ediləcək. Səs gücü müəyyən edilmiş həddi keçməmək şərtilə gücləndirilmiş musiqiyə icazə veriləcək. Binada qrupun tarixinə həsr olunmuş sərgi, işlədikləri studiyanın surəti, mağaza və “Let It Be” albomunun bəzi hissələrinin yazıldığı zirzəmidə kafe-bar yaradılacaq. Layihənin 2027-ci ildə ziyarətçilərə açılması nəzərdə tutulur.

# 67 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Reels Yazarlar Xəbərlər