Əməkdar artist vəfat etdi

Əməkdar artist vəfat etdi
28 dekabr 2021
# 00:17

Əməkdar artist Zilli Namazov dünyasını dəyişib.

Bu barədə kulis.az-a Akademik Milli Dram teatrının aktyoru, Xalq artisti Kazım Abdullayev məlumat verib.

Zilli Namazov xərçəng xəstəliyindən dünyasını dəyişib.

Əməkdar artist "Bəyin oğurlanması", "Atları yəhərləyin", "Bircəciyim", "Pəncərə", "Bəxt üzüyü", "Qətl günü" kimi filmlərdə epizodik obrazlar yaradıb.

Tamaşaçılar onu əsasən "Güllələnmə təxirə salınır" filmindəki Balaban Həsən rolu ilə tanıyıblar.

Allah rəhmət eləsin.

# 2630 dəfə oxunub

Müəllifin son yazıları

# # #