Məşhur yazıçı Bakıda imza günü keçirəcək

Məşhur yazıçı Bakıda imza günü keçirəcək
5 noyabr 2019
# 10:22

Bakıda menecment sahəsinin ən məşhur nümayəndələrindən olan nüfuzlu biznes-konsultant, yazıçı İsak Adizesin imza günü olacaq.

Kulis.az xəbər verir ki, mərasim 08 noyabr saat 10:00-da "Adizes Institute Azerbaijan"da keçiriləcək.

Qeyd edək ki, 52 ölkədə 2000-dən çox təşkilat tərəfindən tətbiq edilən metodologiyaların müəllifi yəhudi əsilli Dr. İ. Adizes dünyanın qabaqcıl şirkətlərinin rəhbərlərini konsultasiya edir. Həmin şirkətlərin siyahısında Volvo, Visa, Bank of America, Coca-Cola, Sberbank, Sibur kimi şirkətlərin adını çəkmək olar.

# 1664 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #