“Böyük ehtimalla Vaqif Bayatlının ürəyinə stent qoyulacaq”.
Bunu APA-ya şair V. Bayatlının həyat yoldaşı Tamam Bayatlı deyib.
Onun sözlərinə görə, İstanbulda olan V. Bayatlı beyin müayinəsindən uğurla keçib: “O, səhhəti ilə bağlı hər il İstanbulda müayinə olunur. Üç il əvvəl Vaqif beynindən əməliyyat olunub. Həkim yoxlamaları göstərdi ki, əməliyyatın nəticəsi yüksəkdir”.
- Məşhur Meksika filmlərinin ssenari müəllifi vəfat etdi
- Milli Teatr Günü ilə əlaqədar sərgi təqdim edildi
- Arvadım gələcək. Söz verib- Çexov: "Sürgündə”
T. Bayatlı qeyd edib ki, qarşıdakı günlərdə şair kardioloji müayinədən də keçəcək: “Vaqif müayinə olunacaq, əgər yeni bir şey aşkar olunmasa, böyük ehtimalla onun ürəyinə stent qoyulacaq”.