Ancelina Coli Bred Pittə qarşı yumşalır

Ancelina Coli Bred Pittə qarşı yumşalır
16 iyul 2019
# 10:34

Hollivud aktrisası Ancelina Coli keçmiş əri Bred Pitə yayı uşaqları ilə birgə keçirməyə icazə verib.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, cütlüyün boşanma ərəfəsində bir çox konfliktləri olmuşdu, bunlardan biri də uşaqlara görə idi. Buna baxmayaraq aktrisa keçmiş ərindən yay ərzində özü “Mənə ölüm arzulayanlar” filmində çəkildiyi üçün uşaqlarla olmağı xahiş edib.

İş bundadır ki, boşanmadan sonra Ancelina Bred Pittə uşaqlarla görüşməyə icazə vermirdi. Indiki halda isə Pitt uşaqlarla birgə ailə içində vaxt keçirmək üçün valideynlərini də Los Ancelesdəki malikanəsinə gətirib. "Pittin sevincdən uçmağa qanadı yoxdur" - deyə xarici mətbuat buna şərh verib.

Coli boşanma üçün 2016-cı ildə müraciət edib. O bu qərara Pittin tərbiyə metodu ilə razılaşmadığını əsas göstərib. Deyillənə görə münasibətlərdə əsas dönüş şəxsi təyyarədə gedərkən sərxoş Pittin böyük oğul Meddoksu vurması olub. Cütlük boşanma prosesini 2019-cu ilin aprelində yekunlaşdırıb.

# 2401 dəfə oxunub

Müəllifin son yazıları

# # #