“Dağıntılar altında” bu il final edəcək

“Dağıntılar altında” bu il final edəcək
22 aprel 2019
# 15:08

“Artıq davam etmək istəmirik”

Bu sözləri “Dağıntılar altında” serialının baş rol ifaçısı Azər Aydəmir Kulis.az-a danışarkən deyib:

“Serial çox gərgin abu-havada keçir. Gərgin çəkilişlər edirik, bu da həm bizə həm də tamaşaçıya təsir edir. Tamaşaçı nə qədər qarşı çıxsa da, biz çəkiliş heyəti, belə ağır ssenaridən bir qədər yorulmuşuq, ona görə də bu il final etmək istəyirik. Bu serialı İctimai Tv-nin ən çox izlənən serialıdır və demək olar ki, yerli tv izləyicisinin böyük hissəsi bizi izləyir”.

Qeyd edək ki, “Dağıntılar altında” serialə həftəiçi hər gün 21:00-da İctimai Tv-də yayımlanır.

# 2410 dəfə oxunub

Müəllifin son yazıları

# # #