Azərbaycanlı rəqqas Moskvada qalib olub

Azərbaycanlı rəqqas Moskvada qalib olub
17 aprel 2019
# 16:55

Moskva Dövlət Mədəniyyət İnstitutunun (MDMİ) tələbəsi Fərid Kazakov Moskvada keçirilən “Kreml ulduzları” müsabiqə-festivalının “Xoreoqrafiya” nominasiyası üzrə qran-pri mükafatına layiq görülüb.

ONA xəbərinə görə, o, müsabiqə-festivalında məşhur fransız bəstəkarı Leo Ferrenin musiqisi əsasında hazırlanmış “Zamanla hər şey keçir” rəqsilə çıxış edib.

Fərid Kazakov Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. Hazırda Rusiya dövlət təqaüdü çərçivəsində MDMİ-də təhsil alır. F.Kazakov həmçinin Moskvadakı Beynəlxalq gimnastika, akrobatika və “SanSara” Rəqsi Akademiyasının baş məşqçisi, eləcə də “Zabradance” Bakı gimnastika və rəqs məktəbinin müəllimidir.

# 2242 dəfə oxunub

Müəllifin son yazıları

# # #