Daşkənddə Nizamiyə həsr olunmuş müsabiqə keçirilib

Daşkənddə Nizamiyə həsr olunmuş müsabiqə keçirilib
29 mart 2019
# 09:49

Nizami Gəncəvi adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti və Daşkənddə fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Nizaminin həyatı və əsərləri haqqında nə bilirik” mövzusunda müsabiqə keçirilib.

Daşkənd Dövlət Pedaqoji Universitetində təşkil olunan müsabiqədə müəllimlər və tələbələr iştirak ediblər.

Universitetin prorektoru Odil Kuysinov dahi Azərbaycan şairi Nizami Gəncəvinin Şərq ədəbiyyatında və mədəniyyətində tutduğu mövqe haqqında məlumat verib. O deyib ki, universitet 1947-ci ildən böyük Nizaminin adını daşıyır.

Sonra iştirakçılara Nizami Gəncəvinin həyat və yaradıcılığına dair müxtəlif suallar verilib. Müsabiqənin qalibləri bir neçə gün sonra elan ediləcək, onlara pul mükafatları və qiymətli hədiyyələr təqdim olunacaq. /azertag.az/

# 2590 dəfə oxunub

Müəllifin son yazıları

# # #