“Beş manatlıq gəlin”in məşqləri başlayıb

“Beş manatlıq gəlin”in məşqləri başlayıb
13 mart 2019
# 18:19

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti musiqisi bəstəkar, xalq artisti Səid Rüstəmova, librettosu yazıçı Məmməd Səid Ordubadiyə məxsus “Beş manatlıq gəlin” komediyasının məşqlərinə başlayıb.

ONA xəbər verir ki, əsərin quruluşçu rejissoru əməkdar incəsənət xadimi Əsgər Əsgərovdur.

Səhnə əsərində Kəblə Hüseynəli, Səlbi, Naznaz, Nadir, Qiyas, Gülnaz, Tahir, Möhsün obrazlarını xalq artistləri – İlham Namiq Kamal, Fatma Mahmudova, əməkdar artistlər – Novruz Əliyev, Əkbər Əlizadə, aktyorlar – Möylə Mirzəliyev, Nadir Xasıyev, Elxan İsmayılov, Ağaxan Şərifov, Gülcahan Salamova, Ülviyyə Əliyeva, Mehriban Zalıyeva, Türkel Tariqpeyma, Səmədzadə Xasıyev, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Əmrah Dadaşov, Gülnarə Əzizova, Elnarə Nağdəliyeva ifa edəcəklər.

Xor və balet artistlərinin də iştirak edəcəyi tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevalar, xormeysteri Əməkdar artist Vaqif Məstanov, quruluşçu rəssamı Əməkdar rəssam Nabat Səmədova, dirijoru Səməd Süleymanlı, konsetmeysteri Fidan Babayeva, rejissor assistenti Tamilla Aslanovadır.

Qeyd edək ki, “Beş manatlıq gəlin” Akademik Musiqili Teatrda 1940-cı ildən 1994-cü ilə qədər müxtəlif rejissorların quruluşunda bir neçə dəfə səhnəyə qoyulub.

# 2231 dəfə oxunub

Müəllifin son yazıları

# # #