ABŞ-ın “Netflix” striminq əsaslı xidməti Qabriel Qarsiya Markezin “Yüz ilin tənhalığı” əsərinin ekranlaşdırmaq hüququnu əldə edib.
Kulus.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, şirkət serialı ispan dilində çəkəcək. Serialın produserləri Markezin oğulları olacaq.
1967-ci ildə yazılan roman bu günə qədər heç vaxt film və ya serial şəklində ekranlaşdırılmayıb.
- Musa Yaqub haqqında kitab nəşr edildi
- “Vinni Pux: Qan və bal” adlı qorxu filmi çəkildi
- IX Beynəlxalq Müasir İncəsənət Sərgisi keçirildi
"On illərlə atam romanın ekranlaşdırılnasına icazə vermədi, çünki bədii filmin məhdud zaman ölçüsü çərçivəsində və qeyri ispan dilində onun ideyasını ötürmək mümkün olmayacaq" deyə yazıçının oğlu Rodriqo Qarsia deyib.
Xatırladaq ki, Hollivud Markesin sağlığında onun “Yüz ilin tənhalığı” romanı əsasında film çəkmək istəmişdi, lakin yazıçı buna qəti etiraz etmiş, razılaşmamışdı.