Aktrisa Oskar Akademiyasını təhqir etdi

Aktrisa Oskar Akademiyasını təhqir etdi
11 iyul 2018
# 10:46

Dünya şöhrətli rejissor Roman Polanskinin həyat yoldaşı, fransalı aktirsa Emmanuelle Signer Oskar Akademiyasının üzvlük təklifini rədd edib.

Kulis.az türk saytlarına istinadən xəbər verir ki, xanım Signer təklifə cavab olaraq akademiyaya ünvanladığı məktubda onları ikiüzlü adlandırıb.

Xatırladaq ki, bir müddət öncə 84 yaşlı Roman Polanskinin adı Hollivudun məşhur seks qalmaqalında hallandırılmış və rejissor 1977-ci ildə 13 yaşlı bir qıza təcavüz etməsi ittihamıyla akademiya üzvlüyündən kənarlaşdırılmışdı.

# 1125 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #