Mövsüm “İt gəzdirən xanım”la qapanacaq

Mövsüm “İt gəzdirən xanım”la qapanacaq
9 iyul 2018
# 09:53

Dövlət Pantomima Teatrı mövsümü iyulun 15-də A.P.Çexovun “İt gəzdirən xanım” hekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa ilə bağlayacaq.

Kulis.azın verdiyi xəbərə görə, tamaşa Leyla Atayevanın quruluşunda səhnələşdirilib.

Rəqslərin quruluşu Nurlan Rüstəmova, əsərin plastik həlli Bəxtiyar Xanızadəyə məxsusdur.

Tamaşada rolları Əməkdar artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev, Elnur Rzayev və Beyrək Rüstəmov canlandıracaq.

# 1176 dəfə oxunub

Müəllifin son yazıları

# # #