Salman Rüşdinin əsəri ekranlaşdırılır

Salman Rüşdinin əsəri ekranlaşdırılır
4 iyul 2018
# 14:37

Salman Rüşdinin “Gecəyarı uşaqları” romanı ekranlaşdırılacaq.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə televiziya layihəsi Netlix tərəfindən həyata keçiriləcək.

Netflix rəhbərinin köməkçisi Erin Barmack bunları deyib: “Modern Hindistanın yaranmasını yenilikçi bir dillə anladan və çıxdığından bəri milyonlarla insanı sehrləməyə davam edən bu əsəri bütün dünya izləyicilərinə təqdim etməyin həyəcanını yaşayırıq.”

Rüşdinin 1981-ci ildə yayımlanan “Gecəyarı uşaqları” romanı əvvəl Man Booker mükafatını qazanıb, daha sonra isə bu ödülü qazanmış romanlar arasında da “ən yaxşı” əsər kimi seçilib.

“Gecəyarı uşaqları” Hindistanın müstəqilliyini qazandığı gecə doğulan, sehrli güclərə sahib Səlim Sinayın həyatının timsalında bir ölkədəki dəyişikliklərdən bəhs edir.

# 1149 dəfə oxunub

Müəllifin son yazıları

# # #