Mədəniyyət Nazirliyində yeni təyinatlar

Mədəniyyət Nazirliyində yeni təyinatlar
27 iyun 2018
# 16:26

Azərbaycan Prezidentinin Mədəniyyət Nazirliyində struktur dəyişikliyi edilib.

Kulis.azın verdiyi xəbərə görə, nazirin əmri ilə Muzey işi və mədəni sərvətlərə nəzarət, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı, Regional siyasət, Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbələri, Elm və tədqiqatlar sektorları yaradılıb.

Eyni zamanda Nazirliyin aparatının şöbə və sektorlarına əməkdaşların təyinatı həyata keçirilib.

Əvvəlki strukturda müxtəlif vəzifələrdə çalışmış 10 nəfərə yaxın şəxs öz ərizələri ilə işdən ayrılaraq nazirliyin tabe müəssisə və qurumlarında müvafiq vəzifələrə təyinat alıblar.

# 1033 dəfə oxunub

Müəllifin son yazıları

# # #