“Eurovision-2018”-in onluğu bəlli oldu

“Eurovision-2018”-in onluğu bəlli oldu
11 may 2018
# 09:48

Portuqaliyanın paytaxtı Lissabonda mayın 10-da “Eurovision-2018” mahnı müsabiqəsinin ikinci yarımfinalı keçirilib.

APA-nın xəbərinə görə, səhnəyə ilk olaraq Norveç təmsilçisi, “Eurovision-2009”-un qalibi Aleksandr Rıbak çıxaraq, özünün müəllifi olduğu “That"s How You Write a Song” mahnısını ifa edib və finala vəsiqə qazana bilib.

Ümumilikdə ikinci yarımfinalda 18 ölkə finala keçmək uğrunda yarışıb. Finala daha çox səs toplamış 10 ölkə vəsiqə qazanıb. Bunlar Norveç, Serbiya, Danimarka, Moldova, Niderland, Avstraliya, Macarıstan, İsveç, Sloveniya və Ukraynadır.

Qeyd edək ki, mayın 8-də baş tutmuş birinci finalda 19 ölkənin təmsilçisi çıxış edib. Onlardan 10 ölkə finala vəsiqə qazanıb: Avstriya, Estoniya, Kipr, Litva, İsrail, Çexiya, Bolqarıstan, Albaniya, Finlandiya, İrlandiya. Azərbaycan təmsilçisi Aysel Məmmədova səhnəyə birinci çıxaraq "X my heart" mahnısını ifa edib. Çıxışlardan sonra keçirilmiş səsvermənin nəticələrinə əsasən, A.Məmmədova mahnı müsabiqəsinin finalına vəsiqə qazana bilməyib.

Qeyd edək ki, finala birbaşa vəsiqə qazanan ölkələr - müsabiqənin bu ilki ev sahibi Portuqaliya və Fransa, İtaliya, Almaniya, İspaniya və Böyük Britaniyadır.

"Eurovision-2018"-in final mərhələsi mayın 12-də baş tutacaq.

# 1074 dəfə oxunub

Müəllifin son yazıları

# # #