80 yaşlı aktyora cinsi təcavüz ittihamı

80 yaşlı aktyora cinsi təcavüz ittihamı
27 aprel 2018
# 10:16

Amerikanın məşhur komik aktyoru və tele-ulduzu Bill Kosbi cinsi təcavüzdə günahlandırılıb.

Kulis.az türk saytlarına istinadən xəbər verir ki, Andre Konstand adlı qadın B.Kosbinin 2004-cü ildə öz evində ona narkotik dərman verərək yatızdırdıqdan sonra təcavüz etdiyini bildirib.

Filadelfiya məhkəməsi 80 yaşlı müttəhimlə bağlı daha 3 cinsi təcavüz ittihamının olduğunu açıqlayıb.

İttihamçılar aktyora 10 il iş tələb ediblər. Müttəhimin vəkilləri isə təcavüzü sübut edəcək heç bir dəlilin olmadığını deyirlər.

# 913 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #