Ceyhun Hacıbəylinin memuarı çapdan çıxıb

Ceyhun Hacıbəylinin memuarı çapdan çıxıb
29 avqust 2017
# 17:58

Azərbaycan mühacirət ədəbi-elmi fikrinin görkəmli nümayəndəsi Ceyhun Hacıbəylinin “Bir il xəyallarda... və bütöv bir ömür” memuarı “Təhsil” nəşriyyatında nəfis tərtibatla çap edilib.

Kulis.az AZƏRTAC-a istinadən xəbər verir ki, memuar Xalq Yazıçısı Elçin Əfəndiyevin ideya müəllifi və rəhbəri olduğu layihə çərçivəsində nəşr olunub.

İyirmi doqquz yaşından Fransada mühacir həyatı yaşamağa məcbur olmuş C.Hacıbəylinin fransız dilində qələmə aldığı və öz sağlığında nəşr etdirə bilmədiyi “Bir il xəyallarda... və bütöv bir ömür” memuarı ənənəvi avtobioqrafik əsərlərdən, bizə bəlli xatirələrdən tam fərqli bir düşüncənin, maraqlı üslubun, yüksək intellektin bədii məhsuludur.

Əsəri orijinaldan Azərbaycan dilinə Mirzəbala Əmrahov tərcümə edib. Nəşrin redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Abid Tahirli, elmi məsləhətçisi filologiya üzrə fəlsəfə doktoru, dosent Nikpur Cabbarlıdır.

# 976 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #