“Sevdalılar” bu şənbə təqdim olunacaq

“Sevdalılar” bu şənbə təqdim olunacaq
8 dekabr 2016
# 10:41

Jurnalist, ARB televiziyasının redaktoru Səfurə Çərkəzqızının “Sevdalılar” adlı kitabı çapdan çıxıb. Kitab “Fələyin hökmü”, “İncə məqamlar”, “Eşq havası”, “Statusdan kənar”, “Tanrı üçbucağı”, “Zamansızlar” adlı bölümlərdən ibarətdir.

Bu bölümlər oxuculara tarixi şəxsiyyətlərin, məşhur sənətkarların, siyasətçilərin, dövlət adamlarının həyatı, yaradıcılığı, gizli tərəfləri, sirli sevgiləri ilə bağlı maraqlı bilgilərə sahib olmaq şansı verir.

“Sevdalılar” dekabrın 10, saat 15: 00-da, Gənc Tamaşaçılar Teatrında oxuculara təqdim olunacaq.

“Sevdalılar” Səfurə Çərkəzqızının ikinci kitabıdır. Müəllifin hekayələr toplusu olan, “And olsun atlara!” adlı ilk kitabı isə ötən il çap olunub.

# 1061 dəfə oxunub

Müəllifin son yazıları

# # #