Anarın məşhur əsərinin adı niyə dəyişdi?

Anarın məşhur əsərinin adı niyə dəyişdi?
17 dekabr 2015
# 16:30

Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” “Qanun” nəşriyyatında “Təhminə və Zaur və ya beşmərtəbəli evin altıncı mərtəbəsi” adı ilə çap olunub.

Təkrar nəşrdə əsərin adının dəyişdirilməsinin səbəbi nə olub? Məsələ ilə bağlı Kulisə açıqlama verən “Qanun” Nəşrlər evinin direktoru Şahbaz Xuduoğlu bildirib ki, onlar gənc nəsli nəzərə alıblar: “Mən və mənim nəslim Anarın bu əsərini “Beş mərtəbəli evin altıncı mərtəbəsi” adı ilə tanısa da gənc nəsil filmin təsiri ilə “Təhminə və Zaur” kimi tanıyır. Biz də hər iki nəslin istəyini nəzərə alaraq əsərin adını bu cür qoymağa qərar verdik.”

Xalq yazıçısı Anar isə nəşriyyatın bu addımı atarkən onunla razılaşdığını bildirib.

# 980 dəfə oxunub

Müəllifin son yazıları

# # #