“Zəncirlənmiş adam” Şah Mat Teatrında

“Zəncirlənmiş adam” Şah Mat Teatrında
30 oktyabr 2019
# 16:41

31 oktyabr, Şah Mat Teatrında Argentina yazıçısı Osvaldo Draqunun "İtə çevrilən adam" hekayəsinin motivləri əsasında hazırlanan "Zəncirlənmiş adam" adlı tamaşa təqdim ediləcək.

Teatırdan Kulis.az-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Mir Qabil Əkbərov və Ümid Abbas, quruluşçu rəssamı Səbinə Abutalıbzadir. Absurd üslubunda hazırlanan tamaşada obrazları Mir Qabil Əkbərov, Əminə Cəfərova, Tunar Ali, Ümüd Abbas, Anar Bulud canlandıracaq.

Tamaşanın müəllifləri, argentinalı dramaturqunun klassik hekayəsinə tam fərqli aspektdən yanaşmağı çalışıblar. 40 dəqiqəlik davam edən səhnə əsərində, əsərin baş qəhrəmanı Alvardo iş axtarır amma bütün səyləri boşa çıxır. Arvadı Mariya və yeni dünyaya gələcək uşağı üçün məcbur qalıb Nikandronun yanında "it" vəzifəsində çalışır. Amma cəmiyyət onu elə bir vəziyyətə salır ki, artıq Alvardo doğurdan da itə çevrilir.

# 2488 dəfə oxunub

Müəllifin son yazıları

# # #