Jerar Depardye Brejnevi canlandıracaq

Jerar Depardye Brejnevi canlandıracaq
26 avqust 2019
# 14:32

Fransız aktyor Jerar Depardye Sovet siyasi lideri Leonid Brejnevi canlandıracaq.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, o, xorvat rejissor Lordan Zafranoviçin “Paris baharı” filmində rol alacaq. 1968-ci ildə Çexslovakiyada baş verən hadisələrdən bəhs edən ekran işi Praqa baharının lideri Aleksandr Dubçekə həsr olunub.

Filmin büdcəsi 11 milyon dollar təşkil edir. Ekran işinin dünya premyerası 2022-ci ilə planlaşdırılıb.

Qeyd edək ki, bundan əvvəl Depardyenin Lev Tolstoyu canlandıracağı barədə məlumat yayılmışdı.

# 1993 dəfə oxunub

Müəllifin son yazıları

# # #