Məşhur pianoçu Bakıda konsert verəcək

Məşhur pianoçu Bakıda konsert verəcək
19 avqust 2019
# 09:51

Sentyabrın 22-də Heydər Əliyev Sarayında Xalq artisti, dirijor Rauf Abdullayevin rəhbərliyi ilə Ü. Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri və dünya şöhrətli pianoçu Xatiya Buniatişvili çıxış edəcək.

Konsert Ü. Hacıbəyli XI beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşacaq.

Konsertdə F.Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Rast” simfonik muğamı və Fikrət Əmirov-Elmira Nəzirovanın “Fortepiano və orkestr üçün Ərəb mövzularına konserti” səslənəcək. /azertag.az/

# 1171 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #