Xalq artistinin hekayələr kitabı çıxıb

Xalq artistinin hekayələr kitabı çıxıb
17 iyul 2019
# 11:15

Xalq artisti Həmidə Ömərova hekayələrindən ibarət kitab nəşr etdirib.

Aktrisanın Kulis.az-a verdiyi məlumata görə, “Mən öləndən sonra xoşbəxt idim” adlanan kitab Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəşriyyatında məhdud tirajla buraxılıb:

“Əslində, kitabı yaxın dostlarım üçün buraxmışam. Əgər tələbat olarsa, tirajını artırıb təqdimat mərasimi keçirmək barədə düşünəcəm.”

Kitaba bir kinossenari, bir serial ssenarisi və 15-20 il ərzində qələmə alınan həyat hekayətləri, o cümlədən vaxtıyla lent.az saytında yayımlanan köşə yazıları daxil edilib.

Kitabla tanış olanlar müəllifin heç yerdə oxumadıqları təzə yazıları ilə də tanış olacaqlar.

# 1490 dəfə oxunub

Müəllifin son yazıları

# # #