Bu paltarları geyinən qadınlar ölürlər

Bu paltarları geyinən qadınlar ölürlər
2 iyul 2019
# 15:32

Bu gün bir çox gəlinliklərin və ziyafət paltarlarının tikilməsində istifadə olunan krinolin astarlıq 19-cu əsrdə 40 mindən çox qadının ölümünə səbəb olub.

Həmin dövrlərdə bu cür astarlıqlar qadınlar tərəfindən çox sevilir və istifadə olunurdu.

crinoline1

Əvvəllər at tükündən daha sonralar isə kətan və pambıqdan hazırlanan bu sərt parça növü qadın donlarını şişkin və həcmli göstərirdi.

Bu cür ətəklər ilk dəfə burjuva qadınları tərəfindən istifadə olunsa da sonralar orta sinif təbəqəsinin qadınları arasında da geniş şəkildə yayılır. Belə olan halda isə təhlükə riski də artırdı.

Xüsusilə mətbəxdə işləyən, yemək bişirən qadınların istifadə etdikləri bu cür paltarlar sobadakı alovdan və ya siqaret közündən tez bir zamanda alovlanaraq qadınların yanaraq ölməsinə səbəb olurdu.

Maid_and_mistress_in_crinoline._Punch_Almanack_for_1862-2

1864-cü ildə “New York Times” gəzeti bütün dünyada 40 mindən çox qadının çəmbərli ətək adı ilə məşhurlaşan paltarlar ucbatından yanaraq öldüklərini açıqalayıb.

# 1990 dəfə oxunub

Müəllifin son yazıları

# # #