Elif Şafak Kral Ədəbiyyat Cəmiyyətində

Elif Şafak Kral Ədəbiyyat Cəmiyyətində
1 iyul 2019
# 13:18

Elif Şafak Kral Ədəbiyyat Cəmiyyətinə üzv olub.

Kulis.az türk saytlarına istinadən xəbər verir ki, məşhur yazıçı Elif Şafak, İngiltərənin ən nüfuzlu ədəbiyyat icmalarından biri olan Kral Ədəbiyyat Cəmiyyətinə üzv seçilib. Müəllifin bu nailiyyəti dərc olunduğu tarixdə Türkiyədə də böyük maraq görən “Eşq” kitabı ilə bağlıdır. Yazar eyni zamanda bu adı daşıyan ilk Türkiyəli yazıçıdır.

1820-ci ildə yaradılan Kral Ədəbiyyat Cəmiyyəti eyni zamanda Birləşmiş Krallığın ədəbiyyatın inkişafı üçün yaratdığı yardım dərnəyidir.

# 1361 dəfə oxunub

Müəllifin son yazıları

# # #