Bayatılarımız məşhur Belarus saytında

Bayatılarımız məşhur Belarus saytında
22 mart 2019
# 12:32

Belarusun məşhur “Sozvuçie” ədəbi portalı Azərbaycan bayatılarına geniş yer ayırıb.

Kulis.azın verdiyi xəbərə görə, bayatıları rus dilinə görkəmli tərcüməçi, şair Vladimir Qafarov çevirib.

Təşəbbüs Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı virtual aləmdə” layihəsi çərçivəsində reallaşıb.

Ədəbiyyat portalı bundan əvvəl Nizami Gəncəvi, Məhsəti Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzulinin həyat və yaradıcılığı haqqında geniş məlumatları, şeir və qəzəlləri yayımlamışdı.

# 2441 dəfə oxunub

Müəllifin son yazıları

# # #