Performansçı şair Yaratda çıxış edəcək

Performansçı şair Yaratda çıxış edəcək
19 mart 2019
# 16:21

YARAT Müasir Incəsənət Mərkəzində YARAT Akademiyasinin növbəti mühazirəsi keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, yazıçı və performansçı-şair Leyli Salayeva “Aşkar sözlər: Təsviri incəsənət və poeziya arasında görünməz sərhədlər” adlı mühazirə ilə çıxış edəcək.

Leyli Salayeva "Twelve Thirteen" ("On iki on üç") adlı şeir kitabın müəllifidir. İki il sonra «Youtopia» adlı kitabı çap olunub və London Kitab Festivalının Fəxri mükafatına layiq görülüb. O, Azərbaycan Yazıçılar Birliyinin və Birləşmiş Krallığın "Şeir dərnəyi"nin üzvüdür.

# 1703 dəfə oxunub

Müəllifin son yazıları

# # #