Beynəlxalq uşaq geyimi sərgisi açılıb

Beynəlxalq uşaq geyimi sərgisi açılıb
17 iyul 2018
# 17:46

İstanbulda 35-ci Beynəlxalq uşaq geyimi və aksesuarlar sərgisi (İstanbul Kids Fashion) açılıb.

Sərgidə dünyanın bir sıra ölkələrindən 200-ə yaxın aparıcı uşaq geyimi istehsalçılarının məhsulları təmsil olunub.

İyulun 20-dək davam edəcək sərginin təşkilatçıları gözləyirlər ki, bu sərgiyə Türkiyədən və dünyanın 80 ölkəsindən beş minə yaxın insan tamaşa edəcək.

“UBM ICC” şirkətinin nümayəndəsi Xədicə Dinçer “Anadolu” agentliyinə müsahibəsində deyib: “Sevindirici haldır ki, builki sərginin iştirakçısı olan şirkətlərin sayı artıb. Misir, Əlcəzair, Rusiya və Ukraynadan çoxsaylı şirkətlər İstanbul Kids Fashion sərgisində iştirak etmək arzusunu bildiriblər.

X.Dinçerin sözlərinə görə Rusiya, Azərbaycan, Qırğızıstan, Türkmənistan, Ukrayna, Özbəkistan, Misir, Tunis, Səudiyyə Ərəbistanı, Əlcəzair, İordaniya, Mərakeş, habelə balkan və yaxın Şərq regionu ölkələrindən olan sahibkarlar bu sərgiyə xüsusi maraq göstəriblər.

Uşaq geyimi istehsalçıları sərgidə 2018-ci ilin payız-qış kolleksiyasına aid modelləri təqdim edəcəklər./azertag.az/

# 1629 dəfə oxunub

Müəllifin son yazıları

# # #