Ukrayna yazıçıları Tərcümə Mərkəzində

Ukrayna yazıçıları Tərcümə Mərkəzində
6 iyun 2018
# 16:19

İyunun 6-da Ukrayna Yazıçılar Birliyinin sədri Vladimir Danilenkonun başçılığı ilə Ukrayna yazıçıları heyəti Tərcümə Mərkəzində olub.

Mərkəzdən Kulis.aza verilən xəbərə görə, görüş zamanı son illər Azərbaycan – Ukrayna ədəbiyyatları arasında qurulan sıx əlaqələrdən, ötən il Ukraynada işıq üzü görmüş "Müasir Azərbaycan poeziyası", həmçinin Azərbaycanda nəşr edilmiş “Ukrayna ədəbiyyatı antologiyası”ndan söz açılıb, bu nəşrlərin xalqlar arasında dostluq və qardaşlıq tellərinin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətindən danışılıb.

Azərbaycanda ilk dəfə qonaq olan Ukrayna yazıçıları Bakının müstəsna gözəlliyindən, Ukrayna – Azərbaycan xalqları arasında doğmalığın dərin köklərindən danışaraq, mövcud ədəbi əlaqələrin hər iki ölkənin ədəbiyyatına misilsiz töhfələr verdiyini bildiriblər.

Sonda yazıçılar qədim Kiyev memarlıq mədəniyyətinə həsr olunmuş nəfis tərtibli “Kiyev Sofiyası” kitabını Mərkəzə hədiyyə ediblər.

# 1083 dəfə oxunub

Müəllifin son yazıları

# # #