Fəxri adlara görə təqaüdlər artırıldı

Fəxri adlara görə təqaüdlər artırıldı
22 fevral 2018
# 19:46

Fəxri adlara görə təqaüdlər artırıldıPrezident İlham Əliyev fəxri adlara görə aylıq təqaüdlərin artırılması və “Fəxri adlara görə aylıq təqaüdün verilməsi haqqında” sərəncam imzalayıb.

Kulis.az AzərTAc-a istinadən xəbər verir ki, dövlət başçısının imzaladığı sərəncamla Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə 2018-ci il martın 1-dən artırılaraq “Xalq” fəxri adı üçün 150 (yüz əlli) manat, “Əməkdar” fəxri adı üçün 100 (yüz) manat müəyyən edilib.

Qeyd edək ki, məbləğ daha əvvəl müvafiq olaraq 100 və 60 manat idi.

# 1006 dəfə oxunub

Müəllifin son yazıları

# # #