Məşhur aktrisa məhkəməyə verilə bilər

Məşhur aktrisa məhkəməyə verilə bilər
5 fevral 2018
# 10:15

Amerika prodüseri Harvi Vaynşteyn aktrisa Uma Turmanı məhkəməyə vermək barədə düşünür.

Kulis.azın rus mətbuatına istinadən verdiyi məlumata görə kinoulduz bildirib ki, Londonun mehmanxanalarından birində qalarkən prodüser onunla yaxınlıq etməyə cəhd göstərib.

Turmanın sözlərinə görə o, Harvinin qeyri-etik davranışını hamıya deyəcəyini bildirəndə prodüser də öz növbəsində onu karyerasını məhv etməklə hədələyib. Bu hadisə 25 il əvvəl “Kriminal qiraət” filminin ekranlara çıxmasından dərhal sonra baş verib. Truman filmdə özünün ən məşhur rollarından birini canlandırıb.

Vaynşteynin vəkilləri bildiriblər ki, həqiqətən belə bir hadisə olub, lakin prodüser dərhal üzr istəyib. Onların sözlərinə görə Turmanın fiziki zorakılıq barədə iddiaları əsasızdır. Bundan başqa onların aktrisanın bu qədər uzun müddət susmağını da anlamadıqlarını bildiriblər.

Hazırda vəkillər Turmanın açıqlamasını müzakirə edir, onu məhkəməyə verib-verməmək barədə düşünürlər.

Vaynşteyn isə klinikaya yerləşdirilib, seksual asılılıqdan müalicə alır.

# 1041 dəfə oxunub

Müəllifin son yazıları

# # #