“Qarabağ harayı” müsabiqəsi başlandı

“Qarabağ harayı” müsabiqəsi başlandı
1 fevral 2018
# 15:19

Qarabağ Azadlıq Təşkilatının təşəbbüsü ilə gənc şairlər və bədii qiraətçilər arasında “Qarabağ Harayı” müsabiqəsi keçirilir.

Təşkilatdan Kulis.aza verilən xəbərə görə, müsabiqənin keçirilməsində məqsəd gənclər arasında vətənpərvərlik ruhunun gücləndirilməsi, Qarabağ mövzusunda yaradıcılığa həvəsin artırılmasıdır.

Müsabiqədə iştirak etmək istəyənlər bu gündən etibarən martın 1-dək [email protected] elektron ünvanına müraciət edə bilərlər.

Müsabiqənin yekun mərhələsi, final yarışması, təltif olunma mərasimi martın 14-də keçiriləcəkdir.

# 1021 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #