Emrah Serbesə 22 il yarım cəza tələbi

Emrah Serbesə 22 il yarım cəza tələbi
14 dekabr 2017
# 12:09

Xəbər verdiyimiz kimi, məşhur türk yazar, “Behzat Ç.”nin yazarı Emrah Serbes həbs edilmişdi. O, ata-qızın həyatını itirməsi ilə nəticələnən avtomobil qəzasını törətməkdə ittiham olunub.

Emrah Serbes 22 sentyabr tarixində Aydın-İzmir avtomagistralında meydana gələn və ata-qızın həyatını itirdiyi avtomobil qəzasını özünün törətdiyini etiraf edib.

Kulis.azın türk mətbuatına istinadən verdiyi məlumata görə, ata və qızın ölümünə səbəb olan yazıçı üçün 22 il yarım həbs cəzası istənilib.

İttihamda “anlaqlı vəziyyətdə birdən çox adamın ölümünə səbəb olmaqdan” 22 il yarım həbs cəzası tələb edilib.

Xatırladaq ki, məhkəmə prosesi hələ də davam edir.

# 1139 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #