Nurgül Yeşilçay İranda ölümdən qayıtdı

Nurgül Yeşilçay İranda ölümdən qayıtdı
14 noyabr 2017
# 10:37

İranlı rejissorun film təklifinə görə Tehrana gedən Nurgül Yeşilçay ölümdən qayıtdı.

Kulis.azın türk mətbuatına istinadən verdiyi xəbərə görə, məşhur aktrisa oteldə olarkən 7, 3 ballıq zəlzələ baş verib.

İraq-İran sərhəddində baş vermiş zəlzələdə 400-dən çox insanın həyatını itirdiyini, minlərlə adamın yaralandığı söylənir. Həmin vaxtlar otel otağında olan Nurgül Yeşilçay mətbuata bunları deyib: “Çəkiliş yenicə bitmişdi. İstirahət üçün otağıma çıxdım. O an zəlzələ oldu. Sallanmaya başladıq. Tez resepsiona zəng etdim. Qorxulacaq bir şey yoxdur dedilər. Çox şükür yaxşıyıq. Çəkimlər bitmədən qayıtmayacam”.

# 1537 dəfə oxunub

Müəllifin son yazıları

# # #