Məhərrəm Qasımlının yeni kitabı çıxdı

Məhərrəm Qasımlının yeni kitabı çıxdı
16 oktyabr 2017
# 17:36

Azərbaycan Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı laureatı, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlının “Elm və təhsil” nəşriyyatında yeni çapdan çıxmış kitabı “Taleyimdən və ürəyimdən keçənlər” adlanır.

Kitaba alimin Orxan Paşa imzasıyla yazdığı bədii-publisistik əsərləri, fəlsəfi düşüncələri toplanıb.

İstedadlı qələm sahibi və görkəmli folklorşünas alimin bu kitabı onun oxucularla yeddinci görüşüdür.

“Taleyimdən və ürəyimdən keçənlər” kitabında alimin fərdi poetik duyğuları, ədəbi-estetik dəyərləndirmələri, sətiraltı eyhamlar və s. yer alıb.

Kitabın tərtibatçısı Leyla Aslanova, redaktoru Yeganə Məmmədovadır. /azertag.az/

# 1005 dəfə oxunub

Müəllifin son yazıları

# # #