“Məni Pokemon zorladı” - KURYOZ HADİSƏ

“Məni Pokemon zorladı” - KURYOZ HADİSƏ
9 avqust 2016
# 12:49

Rusiya Federasiyasının vətəndaşı olan xanım polisə müraciət edərək Pokemonun onu zorladığını deyib. Kulis.az-ın rus mətbuatına istinadən verdiyi məlumata görə müraciət Moskvanın mərkəzi polis şöbələrindən birinə daxil olub.

Hadisə qadının mənzilində, yatmış həyat yoldaşının yanında baş verib. Qadın uzun müddət Pokemon Go oynadıqdan sonra yuxuya gedib. Ayılanda isə üstünə çıxan Pokemonun ona zorladığını görüb. Qadın özünü itirməyərək telefonundan otağı yoxlayanda otaqda doğrudan da Pokemon varmış. Həyat yoldaşı isə bu hadisəyə görə qadını “xəstə” adlandırıb.

Polisin müraciətə nə cavab verəcəyi hələ aydın deyil.

Pokemon Go oyunu son həftələr ərzində bütün dünyada sürətlə populyarlaşıb. Oyunçular gerçək məkanlarda gəzərək Pokemonları toplayır və kolleksiyalar yaradır.

# 1003 dəfə oxunub

Müəllifin son yazıları

# # #