Endirimlə kitab almaq üçün 2 gün qaldı

Endirimlə kitab almaq üçün 2 gün qaldı
17 sentyabr 2015
# 09:27

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi IV Bakı Beynəlxalq kitab sərgisində iştirak edir. Mərkəzin mətbuat xidmətindən Kulisə verilən məlumata görə sərgidə Tərcümə Mərkəzinin nəşrləri də nümayiş etdirilir.

IV Bakı Beynəlxalq kitab sərgisi Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı İdman sarayında keçirilir. Sərgidə 100-ə yaxın milli, 30-a yaxın xarici ölkə nəşriyyatlarının, poliqrafiya müəssisələrinin məhsulları nümayiş etdirilir.

Sərgi çərçivəsində kitab təqdimatları, imza saatları, yerli və xarici naşirlərin toplantıları, Azərbaycan Milli Kitabxanası ilə bir sıra xarici ölkə kitabxanaları arasında əməkdaşlıq sazişinin imzalanması, musiqili təqdimatlar, ALISA proqramının nümayişi nəzərdə tutulub.

Tərcümə Mərkəzinin nəşrlərimi kitabseverlərə endirimlə təqdim olunur.

Qeyd edək ki, sərgi sentyabrın 18-dək davam edəcək.

# 1108 dəfə oxunub

Müəllifin son yazıları

# # #