"Ədəbiyyat qəzeti"ndən iki yeni kitab

"Ədəbiyyat qəzeti"ndən iki yeni kitab
7 oktyabr 2019
# 12:59

“Ədəbiyyat qəzeti" yayınları seriyasından iki yeni kitab işıq üzü görüb.

Kulis.az-ın verdiyi xəbərə görə, bunlar kinotənqdiçi Sevda Sultanovanın “Ekranlaşdırılmış ədəbi əsərlər” və yazıçı Samirə Əşrəfin “Dördüncü divar” kitablarıdır.

Hər iki kitab "Ədəbiyyat qəzeti"ndəki eyniadlı layihələr əsasında gerçəkləşib.

“Ekranlaşdırılmış ədəbi əsərlər” kitabından müəllifi Sevda Sultanovanın ekranlaşdırılan məşhur əsərlərin film versiyası üzərində müqayisəli, analitik, nəzəri rakursdan təhlilini oxuya bilərsiz.

Samirə Əşrəfin kitabında isə müəllifin ədəbiyyat, kino və teatr sahəsinin tanınmış imzaları ilə söhbətləri, düşüncələri yer alır.

“Elm və Təhsil” nəşriyyatında çap olunan kitabların ideya müəllifi filologiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan, redaktoru filologiya elmləri doktoru, tənqidçi Elnarə Akimovadır.

# 3384 dəfə oxunub

Müəllifin son yazıları

# # #