Gənc vokalçımız İtaliyaya dəvət alıb

Gənc vokalçımız İtaliyaya dəvət alıb
24 iyul 2019
# 16:15

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Əməkdar Afaq Abbasova İtaliyada keçiriləcək beynəlxalq Tagliacozzo festivalına dəvət alıb.

Teatrdan Kulis.az-a verilən xəbərə görə, son illər İtaliyanın Azərbaycandakı səfirliyi ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında qarşılıqlı əlaqələr çərçivəsində layihələr gerçəkləşir. Belə layihələrin birində italyan vokal ustaları Afaq Abbasovanın ifasını çox bəyənib və festivalın bədii rəhbəri, İtaliyanın tanınmış dirijoru Jakopo Sipari di Peskasseroli A.Abbasovanı festivalda çıxış etmək üçün dəvət edib.

A.Abbasova avqustun 1-də 35-ci mötəbər tədbirin açılış mərasimində çıxış edəcək, İtaliyanın tanınmış vokalçıları ilə bir səhnəni bölüşəcək.

Xatırladaq ki, Gənc vokalçımız Azərbaycanlı ifaçıları içərisindən ilk dəfə belə mötəbər bir tədbirə dəvət alıb.

# 1643 dəfə oxunub

Müəllifin son yazıları

# # #