Şəhriyar Del Gerani yeni layihəsini təqdim etdi

Şəhriyar Del Gerani yeni layihəsini təqdim etdi
28 iyun 2019
# 17:31

İyunun 28-i saat 14-də Beynəlxalq Mətbuat Mərkəzində tanınmış şair Şəhriyar del Geraninin “Kitab otağı” layihəsinin təqdimat mərasimi keçirilib.

Kulis.azın verdiyi xəbərə görə, Azərbaycan Dövlət Tərcümə Mərkəzinin təşkilati dəstəyi ilə gerçəkləşən tədbiri giriş sözü ilə Şəhriyar del Gerani açıb. O, yeni şeirlər kitabının 10 min tirajla çap edib bölgələrdə yaymaq istədiyini bildirib: “Mən bu kitabla oxucunun hüzuruna getmək istəyirəm. “Kitab otağı” seriyası ilə çıxacaq bu kitab layihənin ilk kitabıdır. Biz bu təşəbbüsü davam etdirəcəyik.”

Onun sözlərinə görə, layihəyə 20-dən artıq rayondan dəstək gəlib.

Şair çıxışında nəşriyyatların işini tənqid edib, kitab industriyasının olmamasından danışıb, eyni zamanda əldə olunan bir sıra real uğurları dilə gətirib. O, bütün məsələlərdə olduğu kimi kitab oxumaq mövzusunda da Azərbaycan xalqına inandığını, güvəndiyini bildirib.

Tədbir iştirakçılarla canlı müzakirələr şəklində davam edib.

# 1632 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #