Gənc yazarın kitabı təqdim olunacaq

Gənc yazarın kitabı təqdim olunacaq
5 iyun 2018
# 11:51

İyunun 10-da saat 13.40-da Azərbaycan Milli Kitabxanasının nəzdindəki "Açıq kitabxana"da gənc şair İntiqam Yaşarın "Evdə yoxam" şeirlər kitabının təqdimatı olacaq.

Müəllifin Kulis.aza verdiyi məlumata görə, 84 səhifəlik kitab "Elm və Təhsil" nəşriyyatında çap olunub. Topluya şairin müxtəlif vaxtlarda yazdığı şeirlər daxil edilib.

Kitabın redaktoru tədqiqatçı, Mərmərə Universitetinin əməkdaşı dr. Mehdi Gəncəlidir.

Toplu İ.Yaşarın sayca 3-cü kitabıdır.

# 986 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #