Buker mükafatının qalibi məlum oldu

Buker mükafatının qalibi məlum oldu
26 oktyabr 2016
# 10:11

Londonda 2016-cı il Buker mükafatının qalibinin adı açıqlanıb. Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə qalibin adı Pol Bittidir.

Bitti bu mükafatı “The Sellout” (“Sathasat”) adlı sosial romanına görə alıb. Kitab Los-Ancelesin şəhərətrafında quldarlığı bərpa etmək istəyən cavan afroamerikan haqqındadır.

Münsiflər “Sathasat” romanını qısa siyahıda yer alan 6 əsər arasından seçiblər. Pol Bitti bu mükafatı alan ilk amerikandır.

Qeyd edək ki, 1969-cu ildən təqdim olunan Buker mükafatı iki il əvvəl əsərini Böyük Britaniyada, ingilis dilində çap etmiş müxtəlif millətlərin nümayəndələri üçün də açıq elan edib.

# 1096 dəfə oxunub

Müəllifin son yazıları

# # #