Facebook niyə Dislike etmədi?

Facebook niyə <b>Dislike</b> etmədi?
25 fevral 2016
# 12:22

Facebook bir ildir Like düyməsini daha da təkmilləşdirmək üçün çalışmağa başlamışdı.

Kulisin məlumatına görə Yeni sistem kiçik qruplar üzərində sınaqdan keçirilib.

Dünəndən etibarən yeni altı düymə istifadəçilərə təqdim olunub.

İndi istifadəçilər öz emosiyalarını daha konkret formada ifadə edə biləcəklər.

Bu dəyişiklik reklam mətnlərinə də aid olacaq, belə ki, istifadəçilər bəyənmədikləri reklamlara olan münasiblərini konkret şəkildə ifadə edə biləcəklər.

Facebookun araşdırmalardan sonra ayrı-ayrı istifadəçilər üçün özəl reaksiya simvolları da tətbiq edəcəyi gözlənilir.

İstifadəçilər Facebookda “dislike” düyməsinin olacağını da gözləyirdilər. Lakin Facebook rəhbərliyi “Dislike”nin mənfi nəticələrə səbəb olacağını düşünürək “Like” düyməsini saxlamaqda qətiyyət göstərir.

Yeni reaksiyalar da Like düyməsini istisna etmir. Like yenə qalacaq, sadəcə olaraq istifadəçilərə yeni reaksiyalar təklif olunur.

Yeniliyin bütün istifadəçilərdə aktivləşməsi bir neçə gün davam edəcək.

# 972 dəfə oxunub

Müəllifin son yazıları

# # #