Noyabrın 5-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik səhnəsində “Hamlet X” tamaşası nümayiş olunub.
APA-nın məlumatına görə, tamaşa Mədəniyyət Nazirliyinin müstəqil teatrlara dəstək proqramı çərçivəsində Rebus Teatrı tərəfindən hazırlanıb.
Tamaşanın ideya müəllifi və rejissoru Ceyhun Dadaşov ona “psixo-plastik qrotesk” kimi janr təyinatı verib.
Tamaşada Ceyhun Dadaşov, Əli Əlizadə, Elnur İsmayılov, Natəvan Abbaslı, Ziya Ağa, Rasimə Abbaslı iştirak edirlər.