Teatr direktoru  aparıcılıq edəcək

Teatr direktoru  aparıcılıq edəcək
4 noyabr 2019
# 18:15

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru, rejissor, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev Mədəniyyət kanalında “Premyera”nin ilk sayına aparıcılıq edib.

Kulis.az-ın teatrın mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, direktor rəhbəri olduğu teatrın son işlərindən biri haqda söhbət açıb.

Antuan de Sent Ekzüperinin "Balaca şahzadə" əsəri əsasında Ruslan Ağabalayevin musiqi yazdığı "eyniadlı tamaşa nın quruluşçu rejissoru Cənnət Səlimova, libretto müəllifi yazıçı-publisist İlqar Fəhmi, bu tamaşada müxtəlif rolların ifaçiları - istedadlı aktyor Əmrah Dadaşov, beynəlxalq müsabiqələr laureatı Aydan Həsənova, tamaşanın “Balaca Şahzadə”si, adı gənc istedadların “Qızıl kitab”ına düşən Prezident təqaüdçüsü Atilla Məmmədov verilişin qonaqları olublar.

Azərbaycanda teatr sənəti ilə bağlı lazımi təbliğatın aparılmasında “Premyera”nın rolunun çox böyük olacağına ümid etdiyini bildirən Əliqismət Lalayev bu verilişin növbəti buraxılışlarında təkcə paytaxt teatrlarından deyil, ölkədə fəaliyyət göstərən digər teatrlarda hazırlanan yeni tamaşaların premyeralarından ətraflı söhbət açacaqları barədə də danışıb. “Biz teatrlarımızın ən yaxşı tamaşalarını elan etməklə Azərbaycan teatrında, Azərbaycan səhnəsində hazırlanan ən yaxşı sənət nümunələrini televiziya tamaşaçılarına təqdim edəcəyik. "Premyera" verilişində eyni zamanda bölgələrdə fəaliyyət göstərən teatrlarımıza gedəcəyik və o səhnələrdə yaranan yeni əsərləri geniş ictimaiyyətə təqdim edəcəyik. Bilirsiniz ki, son vaxtlar ölkəmizin teatr aləmi çox zənginləşib. Teatrlarımızın əksəriyyəti təmirdən çıxıb və çox gözəl şəraitdə çalışırlar… Aktyorlar, rejissorlar, eləcə də bölgələrdə yaşayan insanlar üçün də teatr sənəti - yeni tamaşalar çox maraqlıdır... Teatr və səhnə müqəddəsdir. Səhnə bir məbəddir və burada çalışanlar sizi hər zaman gözləyirlər”.

# 2094 dəfə oxunub

Müəllifin son yazıları

# # #