Pantomimada “Underground” olacaq

 Pantomimada “Underground” olacaq
5 sentyabr 2019
# 10:56

Sentyabrın 21-də Azərbaycan Dövlət Pantomima Teatrının repertuarında xüsusi yer tutan yeni tamaşalardan olan - “Underground” nümayiş ediləcək.

Teatrdan Kulis.az bildirilib ki, tamaşada yaradıcı kollektiv iştirak edəcək.

Belə ki, quruluşu ümumilikdə teatrın aktyorlarına məxsus səhnə əsərində rolları Əməkdar Artist Bəhruz Əhmədli, aktyorlar Nurlan Rüstəmov, Leyla Atayeva, Nuridə Musabəyli, Solmaz Bədəlova, Səbirə Həsənova, Elxan Şahalıyev, İbrahim Tağıyev və Elnur Rzayev ifa edəcək.

Tamaşa aktyorların fantaziyasında qaranlıq yeraltı dünyada baş verən proseslərdən, insanın qarşılaşdığı problemlərdən necə xilas ola bilmək bacarığından bəhs edir.

# 1549 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #