“Koroğlu” operası nümayiş olunacaq

“Koroğlu” operası nümayiş olunacaq
28 avqust 2019
# 19:15

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni mövsümü sentyabrın 19-da Üzeyir Hacıbəylinin “Koroğlu” üçpərdəli operası ilə təqdim edəcək.

Kulis.az xəbər verir ki, Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq səhnə əsərində Koroğlu obrazını Əməkdar artist Ramil Qasımov canlandıracaq.

Fikrət Əmirovun “Nəsimi” baleti bu mövsüm də repertuara daxil edilib.

Səhnə əsəri sentyabrın 22-də Ü.Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində təqdim olunacaq.

Xatırladaq ki, “Nəsimi” baleti böyük şairin 650 illiyi münasibətilə ilk dəfə bu ilin mayında nümayiş olunmuşdu.

# 2076 dəfə oxunub

Müəllifin son yazıları

# # #