Nobel mükafatı laureatı vəfat edib

Nobel mükafatı laureatı vəfat edib
16 avqust 2019
# 09:53

Amerikalı alim, biokimyaçı, Nobel mükafatı laureatı Keri Mullis 74 yaşında vəfat edib.

APA "New York Times"a istinadən xəbər verir ki, bu barədə mərhumun həyat yoldaşı məlumat yayıb.

Onun sözlərinə görə, K.Mullis avqustun 7-də “Newport Beach”dəki (Kaliforniya çtatı) evində ölüb. Onun uzun illər sətəlcəmdən əziyyət çəkən biokimyaçı ürək və tənəffüs çatışmazlığından dünyasını dəyişib.

Qeyd edək ki, K.Mullis 1944-cü ildə Şimali Karolinada anadan olub. 1966-cı ildə Corciya Texnologiya İnstitutunu bitirib, altı il sonra Berkeleydəki Kaliforniya Universitetində biokimya mövzusunda doktorluq dissertasiyasını müdafiə edib.

1993-cü ildə bioloji materialda nuklein turşusunun (DNT) müəyyən fraqmentlərinin kiçik konsentrasiyalarında əhəmiyyətli dərəcədə artım əldə etməyə imkan verən polimeraz zəncirvari reaksiya metodunun ixtirasına görə Nobel mükafatına layiq görülmüşdü.

Mullis HİV və QİÇS arasında əlaqənin olmaması nəzəriyyəsinin tərəfdarı idi.

# 1641 dəfə oxunub

Müəllifin son yazıları

# # #